ANAMA-dan işğaldan azad edilmiş ərazilərlə bağlı XƏBƏRDARLIQ

İşğaldan azad edilmiş ərazilərdə müvafiq icazə və səlahiyyət olmadan təhlükəli ərazilərdə qanunsuz işlərin görülməsi bədbəxt hadisələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, bəzi şəxslər təhlükəli ərazilərdə texnikadan istifadə etməklə torpaqların kənd təsərrüfatı məqsədilə hazırlanması, tikinti, yol və keçidlərin bərpası kimi işlər həyata keçirirlər.
Məlumata görə, son belə hadisələrdən biri Laçın rayonunun təmas xəttinə yaxın Fingə kəndi ərazisində baş verib. “Falcon” şirkətinin əməkdaşı, 1992-ci il təvəllüdlü Ülfət Quliyevin idarə etdiyi traktor minalardan təmizlənməmiş ərazidə minaya düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb.
ANAMA bildirib ki, bu cür qanunsuz fəaliyyətlər ərazilərin təhlükəsizliyi barədə yanlış təsəvvür yaradır və daha ağır nəticələrə səbəb ola bilər.
Qurum vətəndaşları minalardan təmizlənməmiş ərazilərdə özbaşına qazıntı, şumlama və təmizləmə işləri aparmamağa, belə ərazilərə müdaxilə etməməyə çağırıb.
Həmçinin vətəndaşlardan bu kimi hallarla qarşılaşdıqda 805, 102 və 112 qaynar xətlərinə məlumat vermələri xahiş olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












