Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib - FOTO

27 Sentyabr – Anım Günü münasiətilə Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-ın üzvləri iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO















