Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı

Bir müddət əvvəl Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev "TikTok" sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nalayiq ifadələr işlədib.
Avtosfer.az Patrul.az-a istinadən xəbər verir ki, məsələ Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina olunub.
Tarix Əliyevin vəkili Ramil Vəliyev açıqlamasında bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












