Apreldə BBAK-dan 127 min sərnişin daşınıb - FOTO

2026-cı ilin aprel ayı üzrə reys və sərnişin statistikası açıqlanıb. Məlumata əsasən, ay ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) ümumilikdə 5934 reys həyata keçirilib və 127 365 sərnişin yola salınıb.
Avtosfer.az xəbər verir ki, ən çox sərnişin daşınan istiqamət Bakı–Gəncə marşrutu olub. Bu xətt üzrə 605 reys icra edilib və 19 994 sərnişin daşınıb. Digər populyar istiqamətlər arasında Bakı–Qırmızı Körpü (489 reys, 17 144 sərnişin), Bakı–Xaçmaz–Xudat (404 reys, 11 742 sərnişin) və Bakı–Qusar (370 reys, 9015 sərnişin) yer alıb.
Bakı–Quba marşrutu üzrə 337 reyslə 7912 sərnişin, Bakı–Mingəçevir istiqamətində 266 reyslə 6890 sərnişin, Bakı–Şəki xəttində isə 274 reyslə 5140 sərnişin daşınıb.
Statistikaya görə, aprel ayında onlayn qaydada gediş bileti əldə edən sərnişinlərin sayı 41 630 nəfər təşkil edib ki, bu da ümumi sərnişinlərin 32.6 faizinə bərabərdir. Bu göstərici rəqəmsal xidmətlərə marağın artdığını göstərir.

Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












