"AQEM-ə üzvlük böyük məsuliyyət və öhdəlik yaradır" - Laos Prezidenti

Hazırkı dövr və regional və beynəlxalq mühitin reallıqları Laos xalqı və dövlətinin bu təşkilata üzvlüyünün əhəmiyyətini artırıb. Laos AQEM-in yeni üzvünə çevrilib.
Avtosfer.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Çoxtərəfliliyə, BMT xartiyalarına və sülh içərisində yaşama və daxili məsələlərə müdaxilə edilməməsi prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlıq qura bilərik. Biz AQEM-i əməkdaşlıq platforması olaraq görürük. Bu təşkilata, tamhüquqlu üzv olmaq bizə milli qürur verməklə yanaşı, üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır. Dünyamızda bu gün çox böyük çağırışlar mövcuddur və regional və beynəlxalq təhlükəsizlik mühiti transformasiyadan keçir. Buna təsir edən bir çox faktorlar var”, - deyə Laos Prezidenti vurğulayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












