Araz çayı Təbrizə axacaq

Araz çayının suyu 20 mart 2026-dək Mərəndə, gələn ilin yay aylarında Təbrizə nəql olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi bu gün Mərənd şəhərində Araz çayı suyunun nəql olunması üzrə görülən işlərlə yaxından tanış olarkən deyib.
“Araz çayı suyunun Şərqi Azərbaycan vilayətinin Mərənd, Şəbüstər və Təbriz şəhərlərinə nəql olunması layihəsi hökumət üçün böyük əhəmiyyət kəsb edən layihədir. Çünki ölkənin şimal-qərbində və ümumilikdə ölkədə su təchizatı problemi mövcuddur və hökumət dayanıqlı su təchizatı üçün bütün səyini göstərir”, -deyə o bildirib. pizza hut
İranın energetika nazirinə məlumat verən İranın Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin icra direktoru Yusif Qaffarzadə də bildirib ki, Araz çayı suyunun Mərənd, Şəbüstər və Təbriz şəhərlərinə nəql olunması üzrə layihədə nəzərdə tutulan 7 stansiyanın 6-da işlər yekunlaşıb və 7-ci stansiyanın tikintisi diqqət mərkəzindədir.
“Ümumilikdə boru xəttinin uzunluğu 140 kilometrdir və borunların həcmi 2 min millimetrdir. Araz çayından su götürüldükdən sonra Mərənd və Şəbüstərdən keçərək, sonda Təbrizin 100 min kubmetrlik anbarına nəql olunacaq. İndiyə qədər 270 min kubmetrlik anbarlar tikilib. 180 min kubmetrlik anbarlar tikilməlidir və tikiləcək anbarlardan 100 min kubmetrlik anbar isə Təbriz yaxınlığındadır”, -deyə o qeyd edib.
Qeyd edək ki, İranda Araz çayı suyunun Təbrizə nəqli layihəsi 22 şəhərin içməli su təchizatını nəzərdə tutur.
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...












