Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan və digərləri barələrində olan məhkəmə hökmündən verdikləri apelyasiya şikayəti üzrə iş icraata götürülüb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.
Məhkəmə prosesi bu gün başlayır.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına (hökm) əsasən, Arutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan David Klimi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qukasyan Arkadi Arşaviri və Saakyan Bako Sahaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset Vladimiri 19 il, Martirosyan Qarik Qriqori 18 il, Allahverdiyan Davit Nelsoni və Balayan Levon Romiki 16 il, Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Roberti 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












