Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı Amid Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı Nurlan Abbasov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən olunub.
Həyata keçirilən digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər - əvvəllər məhkum olunmuş Camal Rzayev və Günay Cəfərova da saxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












