Aviasiya personalının sertifikatlaşdırılması qaydaları dəyişdi - Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ərizəçinin müraciəti əsasında digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməni beynəlxalq tələblərə uyğun olaraq Azərbaycan aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malik olacaq.
Qərarla həmçinin qaydaların 32.3-cü bəndinin üçüncü cümləsi (Konvertasiya prosesində Agentlik ərizəçidən mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir) çıxarılıb.
Qərara həmin məzmunda 32.4-cü bənd əlavə edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












