Avropa İttifaqından Naxçıvan dəmir yolu layihəsinə böyük maraq

"Avropa İttifaqı (Aİ) Naxçıvanda dəmir yolu şəbəkəsinin inkişafını geosiyasi maraqları konkret infrastruktur həllərinə çevirməyə, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və iqtisadi artım üçün əsas olmağa qadir strateji prioritet kimi görür".
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Avropa bürosuna açıqlamasında Avropa Komissiyasının rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, layihə ABŞ-nin həyata keçirdiyi - Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsinə birləşdirməyə imkan verən TRIPP (Tramp marşrutu) təşəbbüsünü tamamlayır:
"Azərbaycanla birgə biz sülh və sabitliyi möhkəmləndirən, infrastrukturu müasirləşdirən və Transxəzər Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialını üzə çıxaran iddialı nəqliyyat əlçatanlığı konsepsiyasını bölüşürük".
Qeyd olunub ki, Aİ, Azərbaycan və EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankını) arasında Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına dair bu yaxınlarda əldə olunmuş razılaşma bu cür əməkdaşlığın konkret nümunəsidir.
Onun sözlərinə görə, layihə təkcə Azərbaycanda yox, həm də bütün regionda mobilliyin və iqtisadi axınların inkişafına əsas investisiya kimi qiymətləndirilir:
"Proyekt Avropa ilə Mərkəzi Asiya arasında tranzit müddəti 15 gün olaraq nəzərdə tutulan Orta Dəhlizin ayrılmaz hissəsidir. Biz "bərk" infrastruktura investisiyalarla yanaşı, "yumşaq" infrastrukturun inkişafını, eləcə də əlaqəliyin təmin olunması üzrə Aİ-nin və tərəfdaşların gündəliyinə uyğun olaraq normativ bazanın uyğunlaşdırılmasını da dəstəkləyəcəyik".
Qeyri-rəsmi söhbət zamanı regional bağlantı layihələrinə cəlb olunmuş Aİ nümayəndələri TİƏ-nin tezliklə hazırlanacağına ümid etdiklərini bildiriblər. Onların sözlərinə görə, bu, Aİ-nin layihədə investor qismində mümkün iştirakı ilə bağlı konkret danışıqlara keçməyə imkan verəcək.
"Aİ iqtisadiyyatına birbaşa təsir edən regional layihələrdən kənarda qalmaq istəmir. Məhz Transxəzər marşrutu, başqa sözlə desək, Orta Dəhliz qərb hissəsindən Aİ-yə uzanır. Blok həm onun genişləndirilməsində, həm də yeni güclərin operativ şəkildə istismara verilməsində maraqlıdır", - mənbələr vurğulayıb.
Qeyd olunub ki, bu istiqamətdə iş davam edir və çox nəzərəçarpan olmasa da, olduqca aktivdir. Avropa komissarı Marta Kosun Ankaraya hazırkı səfəri həm də Orta Dəhlizin əsas əlaqələndirici həlqəsi olan Türkiyə ilə enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsinə yönəlib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












