Avropa Komissiyasından AZƏRBAYCANLA BAĞLI YENİ PLAN

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirəcək yeni beynəlxalq layihə barədə açıqlama verib.
Avtosfer.az xəbər verir ki, layihə Orta Dəhliz nəqliyyat marşrutu çərçivəsində həyata keçiriləcək.
“Bu gün mən qarşılıqlı əlaqələndirmənin inkişafı ilə bağlı yeni beynəlxalq layihə haqqında açıqlama verirəm. Bu layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə birləşdirəcək. Söhbət “Orta Dəhliz” adlanan marşrutdan gedir”, - fon der Leyen deyib.
Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Aİ “Global Gateway” proqramı vasitəsilə layihənin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb olunacağını gözləyir:
“Məqsədimiz marşrutları şaxələndirmək və yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır”.
Xatırladaq ki, Orta Dəhliz Çinlə Avropa arasında Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan (Cənubi Qafqaz) və Türkiyədən keçən nəqliyyat marşrutudur. Onun inkişafı Asiya ilə Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsi vasitəsi kimi nəzərdən keçirilir.
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO












