Avropa ölkələri "Dəmir Reyn"i dirçəldirlər

Almaniya, Belçika və Niderland Belçikanın Antverpen limanı ilə Almaniyanın Rur regionu arasında yerləşən "Dəmir Reyn" dəmiryol xəttinin bərpası ilə bağlı danışıqlar aparırlar. Üç ölkə bu qərarı "Rusiya təhdidi" fonunda hərbi mobilliyi gücləndirmək məqsədilə verib.
Avtosfer.az-ın "Politico"ya istinadən verdiyi xəbərə görə, XIX əsrin ikinci yarısında inşa olunan bu dəmiryol xətti 160 kilometr uzunluğa malikdir və Antverpendən Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağındakı Raydt stansiyasına qədər uzanır. Marşrut Niderlandın Limburq əyalətindən keçir.
Magistral İkinci Dünya müharibəsi illərində müttəfiq qüvvələr tərəfindən aktiv şəkildə istifadə edilib. Lakin 1991-ci ildən etibarən xəttin tam uzunluğu boyunca qatar hərəkəti bərpa olunmayıb.
Belçikanın Nəqliyyat Nazirliyi layihəni "siyasi" adlandırıb, Baş nazir Bart De Vever isə məsələni şəxsən nəzarətə götürdüyünü açıqlayıb.
Buna baxmayaraq, Niderland Antverpen limanının yenidən aktivləşməsinin Rotterdam limanı üçün rəqabət üstünlüyü yaradacağından narahatdır. Lakin Haaqa mövqeyini dəyişə bilər - əgər Avropa İttifaqından əlavə maliyyə ayrılarsa. İttifaqın 2027-ci ildən başlayan növbəti uzunmüddətli büdcəsində hərbi mobillik üçün 17 milyard avro vəsait nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












