Avropanın ən yaşlı kişisi vəfat etdi

Avropanın ən yaşlı kişisi Vitantonio Lovallo 112 yaşında vəfat edib. O, İtaliyanın cənubunda, Avilyano kommunasının Sarnelli adlı kiçik kəndində yaşayırdı.
Avtosfer.az bu barədə "Corriere della Sera" nəşrinə istinadən xəbər verir.
Lovallo 1914-cü ildə anadan olub və martın 25-də 112 yaşını qeyd edib. Gəncliyində çoban olub. İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə çağırılıb, 1943-cü ildə Yunanıstanda alman qoşunlarına əsir düşüb.
Daha sonra Almaniyadakı konsentrasiya düşərgəsinə deportasiya olunub və 1945-ci ilin mayında oradan azad edilib. Müharibədən sonra Lovallo İtaliyanın Bazilikata vilayətinə qayıdıb. Onun üç övladı - iki qızı və bir oğlu var idi.
İndi Avropanın ən yaşlı kişisi 111 yaşlı portuqaliyalı Joakim Varelаdır. Eyni zamanda, qitədə ondan daha yaşlı 31 qadın yaşayır. Onların arasında rekordçu 117 yaşlı britaniyalı Etel Katerhem hesab olunur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












