Avropanın təcrübəsi: düzgün nəqliyyat seçimi gündəlik stressi azalda bilər

Bakı sakinlərinin gün ərzində yolda keçirdiyi vaxt getdikcə artır və bu, şəhər həyatının əsas çətinliklərindən birinə çevrilib. Şəxsi avtomobil, ictimai nəqliyyat, taksi və mikromobillik vasitələrindən geniş istifadə şəhərin ümumi hərəkət yükünü formalaşdırır.
Avtosfer.az xəbər verir ki, dövlət qurumları infrastrukturun yenilənməsi, mikromobillik marşrutlarının genişləndirilməsi və xüsusi zolaqların yaradılması istiqamətində ardıcıl addımlar atsa da, nəqliyyat vasitələrinin çoxluğu insanların yolda keçirdiyi vaxtı hələ də artırır.
Nigar Kazimova, Bolt şirkətinin Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri, bunu belə izah edir:
“Bakı kimi böyük şəhərlərdə insanların yolda keçirdiyi vaxt artıq gündəlik həyatın əsas mövzularından birinə çevrilib. Nəqliyyat seçimi, infrastrukturun rahatlığı və alternativlərin mövcudluğu birbaşa insanların həyat keyfiyyətinə təsir edir.”
Bu reallıq fonunda nəqliyyat seçimi, infrastrukturun əlçatanlığı və marşrut planlaması insanların yol vaxtına ciddi təsir edir. Şəxsi avtomobillər tıxac və parklanma problemləri səbəbindən daha çox vaxt aparsa da, mikromobillik, paylaşılan mobillik və ictimai nəqliyyat uyğun şəraitdə daha səmərəli alternativlər təqdim edir. Paylaşılan mobilliyin inkişafı yalnız yol yükünü azaltmır, həm də gündəlik hərəkət prosesini daha rahat və az yorucu edə bilər.
Bolt-un 10 ölkədə 3 300-dən çox insan arasında apardığı beynəlxalq sorğu da bunu təsdiqləyir. Sorğu göstərir ki, iştirakçıların 75%-i hər gün və ya həftədə 4–6 dəfə yol səfəri edir, onların təxminən yarısı isə gündə 1 saatdan çox yolda vaxt keçirir. Bu göstəricilər bəzi ölkələrdə 2 saatı da keçir.
Sorğunun psixoloji nəticələri də diqqət çəkir: 20–30% insan gündəlik yol prosesinin onların psixoloji vəziyyətinə daimi mənfi təsir etdiyini, əlavə olaraq 35%-i bəzən təsir göstərdiyini deyib.
Bu məlumatları şərh edən Nigar Kazimova bildirir ki:
“Sorğu açıq şəkildə göstərir ki, uzun yol vaxtı təkcə fiziki yorğunluq deyil, həm də psixoloji yük yaradır. Aktiv nəqliyyat növləri və paylaşılan mobillik isə insanların həm stressini azaldır, həm də şəhər həyatını daha əlçatan edir.”
Sorğu iştirakçıları ən çox tıxacların azalmasını, daha qısa yol vaxtını, aktiv nəqliyyat imkanlarının artırılmasını, daha yaxşı ictimai nəqliyyat əlçatanlığını və çevik iş modellərini həll yolu kimi qeyd ediblər. Nəticələr göstərir ki, şəhərlərin mobillik strategiyalarına aktiv nəqliyyat, mikromobillik və paylaşılan mobillik kimi alternativlərin inteqrasiyası insanların həyat keyfiyyəti və psixoloji rifahı üçün mühüm rol oynaya bilər.
Sorğu haqqında:
Bolt 10 ölkədə — Estoniya, Litva, Fransa, Almaniya, İsveç, Polşa, Çexiya, Rumıniya, Portuqaliya və Nigeriyada — daha böyük şəhərləri hədəf alaraq sorğu keçirib. Sorğunun keçirilməsi üçün SurveyMonkey platforması (Fransa, Almaniya, İsveç, Polşa, Çexiya, Rumıniya, Portuqaliya və Nigeriya üzrə), Estoniya və Litva üzrə isə Norstat istifadə olunub. Ümumi cavab sayı 3335 nəfər təşkil edib.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








