Avtobus dayanacağında və ikinci zolaqda maşın saxlayanlara xəbərdarlıq

Paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlıqların, eyni zamanda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət sürətinin yüksək olduğu yollarda Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı nəqliyyat vasitələrini piyadaların minib-düşməsi üçün nəzərdə tutulmayan yerlərdə, avtobus dayanacağında və yolun hərəkət hissəsinin ikinci zolağında saxlayan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Bu kimi qayda pozuntularının inzibati məsuliyyətlə yanaşı hərəkət intensivliyinin yüksək olduğu yollarda yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, sıxlığın yaranmasına və qəzaların baş verməsinə real zəmin yaratması onların diqqətinə çatdırılıb.
Yol hərəkətinin müdafiəsiz iştirakçıları olan piyadalara yolun hərəkət hissəsinə çıxmamaları, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyi və müəyyən edilmiş yerlərdən kənar avtomobillərə minib-düşməməklə bağlı tövsiyələr verilib.
Xoşagəlməza halların baş verməməsi üçün bütün bunları nəzərə alaraq sürücü və piyadlardan yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələri, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamaları xahiş olunur.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












