Avtobus marşrutlarına onlayn bilet satışı artdı

Bu ilin birinci rübündə Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 280 469 bilet əldə edilib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
2025-ci ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6% idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, "biletim.az" portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












