Avtobus marşrutlarına onlayn bilet satışı artıb - FOTO

Bu ilin yanvar-sentyabr aylarında "biletim.az" portalı vasitəsilə onlayn qaydada 941 mindən çox bilet əldə edilib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Hesabat dövründə onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28 %-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42 %-dir.
2025-ci ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36 % idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 %-ə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
"Biletim.az" portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












