Avtobusda mübahisə etdiyi müştərini dayanacaqda döydü

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Hüseyn Cəfərovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttiham aktına əsasən, hadisə 2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib.
Hüseyn Cəfərov 185 saylı sərnişin avtobusunda sözügedən rayonun Bakıxanov qəsəbəsi, 252 nömrəli məktəbin qarşısında dayanacaqda avtobusdan düşmüş zərərçəkmiş Niyazi Həsənovla (soyadı şərtidir) mübahisə edib.
Belə ki, zərərçəkmiş səhhəti ilə əlaqədar, evinə qədər müşayiət etdiyi əmisinin bel ağrıları səbəbindən dayanacaqdan əvvəl avtobusu saxlamasını sürücüdən xahiş edib. Hüseyn Cəfərov isə bu xahişi cüzi səbəb kimi qəbul edərək avtobus sürücüsünə qarşı yaranmış mübahisəyə kənardan müdaxilə edib.
Təqsirləndirilən şəxs dayanacaqda Niyaziyə əl və ayaq zərbələri ilə vuraraq ona xəsarət yetirib. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olub və Hüseyn Cəfərovun qəsdən sağlamlığa yüngül zərər vurmasına və xuliqanlıq etməsinə əsas yaradıb.
Hadisədən sonra Hüseyn Cəfərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. (Pravda.az)
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












