Avtomobil kolleksiyası olan sahibkar dələduzluğa görə məhkəmə qarşısındadır

Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
İş üzrə zərərçəkən 3 nəfərdən ikisi – Fərrux Ələkbərov və Pərviz Səlimov prosesdə iştirak edib. P.Səlimov vəkillə müqavilə bağlaya bilmədiyini əsas gətirərək iclasın təxirə salınmasını xahiş edib.
Dövlət ittihamçısı da iclasın təxirə salınmasını istəyib.
Proses dekabrın 19-na təxirə salınıb.
Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.
Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zamiq Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir.
F.Xankişiyev 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib.
Z.Xankişiyev bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












