Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 faizə yüksəldi

2025-ci ilin sonuna Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 % təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 3 faiz bəndi yüksəkdir.
Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi 2025-ci ilin sonunda 18 % (2024-cü ilin sonuna olan göstəriciyə nisbətən +2 faiz bəndi) təşkil edib.
Hesabat ili ərzində məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 % olub.
Kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi dəyişməyərək 26 % təşkil edib.
Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin sonunda 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 22 % olub.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












