Avtomobil yollarında hərəkətin təhlükəsizliyi təmin edilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, Muğanlı–İsmayıllı–Qəbələ, Bakı–Şamaxı–Yevlax, Qusar–Xudat, Quba–Qusar, Qusar–Şahdağ, Quba–Qonaqkənd, İsmayıllı–Lahıc, Şamaxı–Çuxuryurd–Nağaraxana–Dəmirçi, Şəmkir - Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar - qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir. Agentlik sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edir.
Qeyd edək ki, yol şəraiti ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması məqsədilə Agentlik tərəfindən monitorinqlər davam etdirilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












