Avtomobildən sol tərəfdən düşənləri hansı təhlükə və cəza gözləyir? - VİDEO

Sərnişinlərin avtomobildən yolun hərəkət hissəsi tərəfdən, yəni sol qapıdan düşməsi həm təhlükə yaradır, həm də cərimə ilə nəticələnə bilər.
Xüsusilə nəqliyyatın sıx hərəkət etdiyi ərazilərdə sürücülərin avtomobili yolun hərəkət hissəsində saxlayaraq sərnişini sol tərəfdən düşürməsi digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.
Qaydalara əsasən, sərnişin avtomobilə yolun sağ tərəfindən əyləşməli və nəqliyyat vasitəsini də sağ tərəfdən tərk etməlidir.
Yolun hərəkət hissəsi tərəfdən avtomobilə minib-düşmək təhlükəsizlik baxımından yolverilməz hesab olunur.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun Baku TV-yə sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 41-ci maddəsinə əsasən, sərnişinin avtomobilə yolun sol tərəfindən minib-düşməsi qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən isə bu qaydanın pozulmasına görə sərnişin 30 manat məbləğində cərimə oluna bilər.
Qeyd edək ki, son zamanlar bəzi sürücülərin sərnişinləri avtomobildən sol tərəfdən düşürməsi digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bəzi hallarda bu qayda pozuntuları qəzalara da səbəb olub.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












