Avtomobilyönümlü şəhərdən insanyönümlü şəhərə - “Euronews” Bakıdan reportaj hazırladı - VİDEO

"Euronews” telekanalı Azərbaycanın paytaxtı Bakının mikromobillikyönümlü şəhərə çevrilməsinə həsr olunmuş reportaj hazırlayıb.
Avtosfer.az xəbər verir ki, materialda Bakıda şəhər mühitinin innovasiyası üzrə atılan addımlar nəzərdən keçirilib.
“Əgər şəhər gələcəkdə dayanıqlı olmaq istəyirsə, o, bu məsələni mobillik vasitəsilə həll etməlidir. Dünya şəhərləri insanların hərəkət tərzini yenidən nəzərdən keçirərkən, Bakı küçələrini, nəqliyyat sistemlərini və ictimai məkanlarını “ağıllı” və ekoloji baxımdan təmiz şəhər mobilliyinə keçid strategiyası çərçivəsində transformasiya edir”, - telekanal qeyd edib.
Materialda xüsusilə vurğulanıb ki, son illərdə genişmiqyaslı şəhər dəyişiklikləri müşahidə edilir: “Avtomobilyönümlü şəhərdən insanyönümlü şəhərə”.
“Başa düşürük ki, təkcə mikromobillik və piyada infrastrukturunun inkişafı kifayət deyil. Bizim əsas ideyamız ictimai nəqliyyat sistemini modernləşdirmək və onu şəxsi avtomobili olmayan insanlar üçün daha əlçatan etməkdir. Bununla onlar təyinat yerinə rahat çata bilərlər”, - telekanal Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin nəqliyyat planlanması departamentinin rəhbəri Fuad Cəfərlinin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, hökumət avtobusların fəaliyyət sistemini təkmilləşdirməyi, onu daha təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi, həmçinin hər il elektrik enerjisi və sıxılmış təbii qazla işləyən 400 yeni ekoloji avtobus əlavə etməyi planlaşdırır.
Telekanal, həmçinin ictimai velosipedlər və elektrikli skuterlər kimi mikromobil nəqliyyat vasitələrinin artan rolunu qeyd edib. Şəhərdə çox sayda velosiped yollarının və ictimai velosiped dayanacaqlarının meydana gəlməsinə xüsusi diqqət yetirilib.
“Növbəti il Bakının Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyini nəzərə alaraq şəhərin mobilliyə yanaşması nəqliyyatın daha rahat və dayanıqlı şəhərlər yaratmaqda necə mərkəzi elementə çevrildiyini göstərir”, - “Euronews” vurğulayıb.
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










