Avtonom gəmi yalnız müəyyən edilən ərazidə hərəkət edəcək

Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə biləcək.
Avtosfer.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bildirilib ki, fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Həmçinin, layihədə operatorun vəzifələri də müəyyənləşib:
- avtonom gəminin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
- hava şəraiti avtonom gəminin istismarına təhlükə yaratdığı, avtonom gəminin müəyyən edilmiş ərazidən kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
- avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların, habelə avtonom gəminin iştirakı ilə qəza baş verdiyi təqdirdə bu barədə məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini və gəmi sahibinə verilməsini təmin etmək;
- avtonom gəminin istifadəsi ilə bağlı son altı ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












