Azad edilmiş ərazilərdə 1 milyon 167 hektar təhlükəli sahə var

Bizim ilkin qiymətləndirməmizə görə, işğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 hektara yaxın təhlükəli sahə var.
Avtosfer.az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.
“İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir. “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun yaranması zərurətindən biri də budur. Hər bir dövlət beynəlxalq standartlara uyğun olaraq özünün daxili sənədlərini hazırlamalıdır. Qanun layihəsi hazırlanarkən yığılmış bütün təcrübələrdən - beynəlxalq təşkilatların tövsiyələrindən və mina problemi ilə rastlaşmış ölkələrin təcrübəsindən istifadə edilib”, - deyə Bəhruz Məmmədov vurğulayıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












