Banner

Azad edilmiş ərazilərdə daha 160 mina aşkarlandı

Xəbərlər 17 İyun 2025 13:11 Oxunub 276
Azad edilmiş ərazilərdə daha 160 mina aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06-2025-16.06.2025) məlumat açıqlanıb.

Avtosfer.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 131 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 528 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1358,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh