Azad olunan ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək

İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçiriləcək:
- Şuşa şəhəri və Şuşa rayonu üzrə - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;
- Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə - Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Ağdam, Füzuli və Xocavənd rayonları üzrə - Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Laçın rayonu üzrə - Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə - Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Kəlbəcər rayonu üzrə - Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
"Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq qeyd olunan publik hüquqi şəxslərin balansına veriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












