Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. İşğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb.
Avtosfer.az xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.
O qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində 575 abidənin vəziyyəti artıq qiymətləndirilib: “Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda, 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur”.
Fariz Hüseynli monitorinqlər zamanı əvvəlki siyahılarda olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 212 yeni obyektin də aşkar edildiyini diqqətə çatdırıb: “Ötən il bu obyektlərdən 44-ü artıq rəsmi siyahıya əlavə olunub və mühafizəsi təşkil edilib. Siyahıda olan 130-dan çox abidənin monitorinqi hələ ki, mümkün olmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkəndirilməsi ilə bağlıdır”.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












