AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davam

AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir.
Avtosfer.az xəbər verir ki, aviaşirkət biletlərə endirim təklif edən “Cyber Monday” kampaniyasına start verir.
2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.
Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.
Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
“Cyber Monday” kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












