"Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir"

Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun geniş baxışı və strateji düşüncəsi nəticəsində biz beynəlxalq əməkdaşlığı media sahəsində dialoq müstəvisinə qaldırmışıq.
Avtosfer.az xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qarşılıqlı anlaşma və etimad olduqca vacib məsələlərdir: “Biz müntəzəm olaraq bir araya gəlirik və bu səpkidə ünsiyyət sayəsində Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük”.
Baş katib hesab edib ki, geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir forumun keçirilməsi olduqca vacibdir. Çünki bu cür tədbirlər anlaşmaya yol açan və onu təmin edən körpülər quracaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












