"Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir" - Prezident

"Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir və bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb:
"Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir".
Prezident İlham Əliyev bildirib ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır:
"Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb".
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












