"Azərbaycan Dəmir Yolları" ABD ilə əməkdaşlıqda yeni mərhələyə keçir

Azərbaycanın nəqliyyat sektorunun qovşaq kimi formalaşdığı dövrdə dekarbonizasiya layihəsi xüsusi əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün ADY üçün çox xüsusi gündür: "Bizim Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlığımız uzunmüddətlidir. Bu gün isə bu baxımdan xüsusi, yeni bir mərhələyə daxil oluruq. Bununla "Azərbaycan Dəmir Yolları"nın dekarbonizasiyası layihəsinin əsası qoyulur. Bu bizim üçün çox əhəmiyyətli bir layihədir. Bu layihənin qazanan tərəfləri sadəcə ADY və ADB deyil, digər maraqlı tərəflərdir".
O qeyd edib ki, Azərbaycanda dəmir yolların karbon ayaq izi elə də çox deyil: "Buna baxmayaraq, ADB layihənin həyata keçirilməsi ilə bağlı məhz "Azərbaycan Dəmir Yolları"nı seçib. ADY-nin dekarbonizasiya baxımından çox mühüm imkanları var. İstər bərpa olunan enerjinin inkişafı, əldə olunması baxımından, istərsə də enerji səmərəliliyi məsələlərinin daha da yaxşılaşdırılması baxımından imkanlar mövcuddur".
T.Əhmədov vurğulayıb ki, Azərbaycanın nəqliyyat sektorunun bir qovşaq kimi formalaşdığı dövrdə dekarbonizasiya layihəsinin tamamlanması nəticəsində ölkənin dəmir yolları daha səmərəli, daha ekoloji baxımdan təmiz və daha etibarlı dəmir yolu vasitəsinə çevriləcək./report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












