"Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik" - Ərdoğan

Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını diqqətlə izləyir.
Avtosfer.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, Ankara “Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək”.
Türkiyə prezidenti, həmçinin, “Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın bütün sahələrdə müsbət nəticələr verdiyini” bildirib və ikitərəfli əməkdaşlıq üçün xüsusilə müdafiə sənayesi və yeni texnologiyalar sahəsində böyük potensialın olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar olub.
Görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər “Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər”.
“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alındı.
Sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəliblər”, - Ermənistan XİN-in bəyanatında deyilir.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












