Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb

Ötən il Gürcüstan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında aparılan hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 43 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 427 milyon ABŞ dolları dəyərində 106 min 51 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır.
Gürcüstandan Qırğızıstana 1,19 milyard ABŞ dolları dəyərində 34 min 560 ədəd, Qazaxıstana 751 milyon ABŞ dolları dəyərində 48 min 986 ədəd, Ermənistana 99,7 milyon ABŞ dolları dəyərində 5 min 17 ədəd, Tacikistana 24,3 milyon ABŞ dolları dəyərində 1 min 496 ədəd avtomobil tədarük edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












