Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - FOTOLAR

Sentyabrın 14-ü Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L'İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.
Avtosfer.az xəbər verir ki, saziş Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və L'İMAD-ın idarəedici direktoru və qrup baş icraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.
Sazişin şərtlərinə əsasən, AİH və L'İMAD fondu Azərbaycanda və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır.
Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə, xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.
Tərəflər bu sazişin Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə artan iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu və davamlı inkişafı dəstəkləyən yüksəkkeyfiyyətli investisiya imkanlarının müəyyən edilməsi istiqamətində birgə tərəfdaşlığı əks etdirdiyini vurğulayıblar.
Sənəd çərçivəsində uzunmüddətli kapitalın strateji sektorlara birgə yönəldilməsi, regional inteqrasiyanın və əlaqələrin gücləndirilməsi, eləcə də hər iki ölkə üçün dayanıqlı və uzunmüddətli iqtisadi dəyərin yaradılması hədəflənir.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












