Azərbaycan nümayəndə heyəti Dubayda “PostEurop” təşkilatının rəsmiləri ilə görüşdü - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.
“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














