Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - FOTO

Türkiyənin CANİK silah istehsal şirkəti Azərbaycanla hərbi-texniki əməkdaşlıq çərçivəsində "M3 FALCON" ağır pulemyotları və "METE SFT" silahlarını tədarük edib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Rusiyanın istehsalı olan "Mi-17" helikopterlərinə "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotu inteqrasiya edilib.
Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında olan "Mi-17" helikopterlərinə inteqrasiya edilən "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotundan ümumilikdə 20 ədəd tədarük edilib. 10 helikopterə hərəsinə iki ədəd olmaqla, lafet və silah birlikdə komplekt şəklində təqdim olunub.
CANİK tərəfindən Azərbaycanın Quru Qoşunları və xüsusi təyinatlı qüvvələri üçün "METE SFT" silah modeli də tədarük olunur.
"METE SFT"nin səsboğucu taxıla bilən modeli "METE SFT Pro"dur.
Silahlar nişangahları, fənərləri, həmçinin ayaq qılıfı, bel qılıfı və digər aksesuarlarla birlikdə təqdim edilir.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı














