Azərbaycan Prezidentinin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Qazaxıstan mediasında

Qazaxıstanın informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsini geniş işıqlandırıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Kazinform" beynəlxalq informasiya agentliyi "Azərbaycan Ermənistanla sülhün bağlanması üçün əsas şərtləri açıqlayıb" sərlövhəli məqalə dərc edib.
Agentlik dövlətimizin başçısının müsahibəsindən sitat gətirərək qeyd edir ki, Azərbaycan danışıqlara təşəbbüs göstərib və sülh sazişi layihəsini ilk hazırlayan tərəf olub. Ağ Evdə paraflanan sənəd dövlətlərarası münasibətlərin tənzimlənməsinə Azərbaycanın baxışını əks etdirir.
Məqalədə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, sazişin tam imzalanması hələlik bir fundamental məsələyə - Ermənistan konstitusiyasındakı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaya görə mümkün deyil.
Qazaxıstanın Inbusiness.kz, Tengrinews.kz, Newtimes.kz media orqanlarının dərc etdiyi məqalələrdə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidentinin fikirləri yer alıb. Materiallarda dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır. Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilir: "Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən, təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi".
Arbatmedia.kz nəşri dövlətimizin başçısına istinadla yazır ki, Azərbaycan Yaxın Şərqə qaz tədarük edəcək. Materialda qeyd olunur ki, Azərbaycan Prezidenti müsahibəsində vurğulayıb: "Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir".
Daha sonra diqqətə çatdırılır ki, Azərbaycanın dövlət başçısının əminliklə bildirdiyinə görə, Bakı Suriyaya qazın həcmini artıra, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












