Azərbaycan qlobal nəqliyyat hesabatının hazırlanmasında fəal iştirak edir - FOTO

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin iclasında qurumun əsas analitik sənədlərindən olan “Transport Outlook 2027” hesabatının hazırlanması məsələsi müzakirə edilib.
Avtosfer.az bildirir ki, BNF Katibliyi bu məqsədlə yaradılan İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və prosesə mühüm töhfə verən 12 ölkəyə, o cümlədən Azərbaycana təşəkkür edib.
Məlumat üçün deyək ki, Azərbaycan İşçi qrupda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə təmsil olunur. Nazirlik beynəlxalq nəqliyyat siyasəti, dayanıqlı mobillik, rəqəmsallaşma və gələcəyin nəqliyyat tendensiyaları ilə bağlı müzakirələrdə fəal iştirak edir.
“Transport Outlook” BNF-nin dünya nəqliyyatındakı əsas meyilləri, uzunmüddətli inkişaf ssenarilərini və siyasət tövsiyələrini əks etdirən ən nüfuzlu hesabatlarından biridir. Bu sənəd nəqliyyat siyasətinin hazırlanmasında mühüm istinad mənbəyi hesab olunur və BNF-yə üzv ölkələrin ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanır.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












