"Azərbaycan türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib" - Əhməd İsmayılov

"Azərbaycan türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O qeyd edib ki, bugünkü tədbir türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:
"Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu təşkil edir. Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında "Media savadlılığı" layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir".
Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür:
"İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












