Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
"Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşdük və mən dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram. Əminəm ki, səfər çox faydalı, məhsuldar olacaq və bizim ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Xoş gəlmisiniz, cənab Prezident".
Prezident Frank-Valter Ştaynmayer deyib: "Təşəkkür edirəm, cənab Prezident. Səmimi dəvətinizə görə təşəkkür edirəm. İcazə verin bildirim ki, uzun illərdən sonra yenidən Azərbaycanda olmaq xoşdur. Sonuncu səfərim xarici işlər naziri qismində 2016-cı ildə oldu. Ötən 9 ildə geosiyasi dəyişikliklərə gəlincə, bu, əbədiyyət kimi görünür. Lakin düzünü söyləsək, mən təxminən iki il bundan əvvəl Azərbaycan ərazisində - Xəzərin şərq hissəsində olmuşam. Sizin Aktaudakı logistika mərkəzini ziyarət edərkən və Azərbaycan gəmisinə minərkən mən öyrəndim ki, bu gəmi Azərbaycan ərazisidir. Ona görə də buraya, Bakıya yenidən qayıtmaq və bu günlərdə zəruri olan çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur".
Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunulub. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulanıb.
Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunulub. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edilib.
***11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***10:30
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










