Azərbaycan və Çin arasında təhsil sahəsində vacib sənədlər imzalandı - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci "Bir kəmər, Bir yol" konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu" imzalanıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS















