Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












