Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək - FOTO
Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) nümayəndələri arasında görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov ölkəmizdə rəqəmsal transformasiya sahəsində atılan addımlar, sektorun modernləşdirilməsi və tənzimləmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, İKTA ilə BTK arasında əməkdaşlığın inkişafı müasir çağırışlara çevik reaksiya verilməsi, iki ölkənin telekommunikasiya bazarlarında təhlükəsizliyin və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə radiospektr idarəçiliyi, şəbəkə dayanıqlığı, fövqəladə hallarda qarşılıqlı məlumat mübadiləsi, eləcə də sosial media platformalarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələrin icrası barəsində razılığa gəliblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












