Azərbaycan və Yunanıstan rəqəmsal əməkdaşlığı müzakirə edib - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yunanıstanın daxili işlər nazirinin müavini Paraskevi Xaralamboyanni ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə rəqəmsal inkişaf sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Saməddin Əsədov Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
O, “mygov”, “Digital Bridge”, “Digital Login” və “SİMA” kimi rəqəmsal təşəbbüslərin dövlət xidmətlərinin elektron inteqrasiyasına, məlumat mübadiləsinin sürətləndirilməsinə və vətəndaşların xidmətlərdən rahat istifadəsinə imkan yaratdığını bildirib.
Görüşdə həmçinin rəqəmsal transformasiya, dövlət idarəçiliyinin müasirləşdirilməsi və bu sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI














