Azərbaycana yarım ton narkotik keçirməyə cəhd edən mütəşəkkil qrup saxlanıldı

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Məlumata görə, Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib.
Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












