Azərbaycanda ASC-lərdən biri ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.
Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.
Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.
"Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












