Azərbaycanda avtobus istehsalı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 153 ədəd avtobus istehsal edilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə bu ilin mayın 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk 4 ayı ayında Azərbaycanda 168,4 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 74,5 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb.
Bundan başqa, yanvar-aprel aylarında Azərbaycanda 1 546 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 278 ədəd və ya 15,2 % azdır. Nəticədə bu ilin mayın 1-nə 375 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat ayında Azərbaycanda 191 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 4 % azdır. Bu ilin mayın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-aprel aylarında ölkədə 286 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,7 dəfə çoxdur. Bu ilin mayın 1-nə 23 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












