Azərbaycanda avtomobil və traktor istehsalında geriləmə

Azərbaycanın maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-ci ilin yanvar-oktyabr aylarında 506.1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1.2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22.5% azalıb.
Avtosfer.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 3 280 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 153 ədəd azdır.
Yanvar-oktyabr aylarında traktor istehsalı 13.7%, yük avtomobillərinin istehsalı isə 31.6% azalıb.
Hesabat dövründə 8 718 ədəd nasos istehsal olunub, onlardan 4 978 ədədi ştanqlı quyu nasoslarıdır, 3.5 ton kran, qapaq və klapan istehsal edilib. Həmçinin 427 ədəd traktor, 273 ədəd yük avtomobili istehsal olunub.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












