Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dongfeng-İmprotex AZ Agro" MMC-ni dövlət qeydiyyatına alıb.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı "Improtex" şirkəti ilə eyni - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Wang Weıjundur.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni şirkətin yaradılması Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılmasından xəbər verir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












